“Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar”.
Mynews.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında bu gün axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.
O, erməni işğalçılarından anasının və qızının intiqamını alacağını söyləyib: “Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub