"Ermənilər bizi heç vaxt qorxuda bilməz. Biz burada yaşamışıq, ölsək də, burada öləcəyik".
Bu sözləri Füzuli rayonunun Alxanlı kənd sakinləri bildirib. APA TV-nin Qarabağ bürosunun müxbiri məlumat verir ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulandan sonra kənd sakinləri gecəni ayaqda qarşılayıb. Mərmilərdən birinin partlaması nəticəsində qəlpə yarası almış Səlvinaz Quliyevanın vəziyyəti ağırlaşıb. "N” saylı hərbi hospitala çatdırılan 52 yaşlı qadının həyati təhlükəsi qalmaqdadır.
Təəssüf ki, kəndin minaatanlardan atəşə tutulması itkisiz də ötüşməyib. Nəticədə kənd sakinləri 50 yaşlı Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva dünyasını dəyişib. Onların meyitləri Zovcuq-5 qəsəbəsinə gətirilib.
Rayon İcra Hakimiyyətinin rəsmiləri Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin ermənilər tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə keçirilməsini təhlükəli hesab edib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub