Abşeron rayonunda 13 nəfərin iştirakı ilə kütləvi dava baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində yerləşən “555” adlı kafedə qeydə alınıb.
Belə ki, sərxoş vəziyyətdə olan 5 nəfər həmin kafedəki digər 8 nəfərlə mübahisə edib.
Dava iştirakçısı olan İsmayıllı rayon sakini Rza Qocayev polislərin kafeyə gəldiyini görərək taksi ilə hadisə yerindən qaçmağa çalışıb. Ancaq o, yolda polislər tərəfindən yaxalanıb. Polislər Rza Qocayevi yaxalayarkən onun qan içində olduğunu görərək, dərhal “Təcili tibbi yardım” xidməti çağırıblar. R.Qocayevə ilkin yardım göstərilib.
Şübhəli şəxs qismində Abşeron rayon polis idarəsinə aparılan R.Qocayev dindirilmə zamanı bildirib ki, 13 nəfər arasında baş verən kütləvi dava zamanı bıçaq və çəngəldən istifadə olunub, o döyülüb və kəsik xəsarətləri alıb.
Hazırda idarədə digər şəxslərin də müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub