Transseksualı müayinə etməkdən imtina edən xəstəxana qalmaqala münasibət bildirib.
Adının açıqlanmasını istəməyən mənbə Oxu.az-a açıqlamasında, transseksualın ginekoloq müayinəsindən keçmək üçün xəstəxanaya müraciət etdiyini bildirdi:
“Qanunla pasportda o şəxs kişi gedir. Həmin cinsi azlıq ginekoloqa müraciət edib. Axı yazıq həkim onun harasını müayinə etsin? Onun orqanları kişi cinsinə məxsusdur və onu uroloq müayinə etməlidir. Bu hələ məsələnin birinci tərəfidir, ikinci tərəfi isə budur ki, hansı normal qadın razı olar ki, kişini müayinə edən həkim onları da müayinə etsin?”
12:45
Bakıda həkim cinsi azlıqdan olduğu üçün xəstəni müayinə etməkdən imtina edib.
Oxu.az-ın məlumatına görə, özünə qarşı belə münasibətdən əsəbiləşən şəxs xəstəxananın dəhlizində qışqıraraq həkimə öz etirazını bildirib.
“Sənə nə aidiyyəti var axı mən kiməm? Mən kişi deyiləm, mən qadınam! Transseksualam!”
Sözügedən hadisənin şahidləri video çəkərək sosial şəbəkələrdə paylaşıblar. Video böyük müzakirələrə səbəb olub. Həkimə haqq qazandıranlarla bərabər, transseksualı da dəstəkləyənlər az deyil.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub