Mingəçevir şəhəri Gəncə prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Lent.az-a istinadən verdiyi məlumata görə, dünən saat 15 radələrində Mingəçevir şəhəri Gəncə şosesində Müşfiq Yusifovun və Yevlax rayon sakini Rasim İsmayılovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.
Nəticədə M.Yusifovun 65 yaşlı anası Qızpəri hadisə yerində ölüb, digər sərnişini, habelə R.İsmayılov və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Hadisə şəhər sakini Müşfiq Yusifovun anası 65 yaşlı Qızpəri Yusifovanı xəstəxanadan gətirərkən baş verib. Belə ki, oğul səhhətində problemlər olan anasını Göygölə aparıb və burada qadın həkim müayinəsindən keçib. Qadının 40 yaşlı qızı Ülviyyə də onlarla birgə gedib.
Qəza isə günorta saatlarında ana, oğlu və qızı Mingəçevirə qayıdarkən baş verib. Şəhərin girəcəyində Müşfiqin sürdüyü “VAZ 2106”-nın təkəri altından çıxıb və nəticədə avtomobil digər “VAZ”-a çırpılıb. Zərbənin gücündən Qızpəri Yusifova şüşədən çıxaraq yolun kənarına düşüb və hadisə yerində vəfat edib. Ülviyyənin isə 4 qabırğası sınıb, həmçinin baş və boyun nahiyələrindən ağır xəsarətlər alıb.
Qeyd edək ki, qəza vaxtı digər avtomobildəki 2 nəfər də xəsarətlər alıb.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub