Azərbaycanda 4 dostun çimərlik faciəsi Orxanın bu FOTOSU ÜRƏKDAĞLADI

644
Azərbaycanda 4 dostun çimərlik faciəsi Orxanın bu FOTOSU ÜRƏKDAĞLADI

Dünən Bakıda dənizdə boğularaq ölən iki dostla bağlı bəzi maraqlı məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Binəqədi rayonu ərazisində - Novxanı çimərliyində batan 22 yaşlı Abbas Abdullayev yeni evlənibmiş. Onun bu yaxınlarda övladı dünyaya gəlibmiş.

Abbasla birgə dənizdə boğulan Orxan Cəfərov isə tələbə olub. O, Texniki Universitetin 2-ci kursunu bu il başa vurubmuş. İyunun 27-də isə Orxan doğum gününü qeyd edibmiş.

Orxan Cəfərovun yaxınlarının bildirdiyinə görə, dünən dostlarından biri onu çağırıb və çimərliyə birgə gediblər. Yolda onlara Abbas və digər dostları da qoşulub. Beləcə, 4 dost çimərliyə yola düşüb. Burada olarkən qəfildən Abbas Abdullayev boğulmağa başlayıb və Orxan onu xilas etməyə çalışıb. Nəticədə hər iki şəxs boğularaq ölüb.

Bu arada o da məlum olub ki, Orxanın atası o, hələ uşaq ikən anasından ayrılıb. Bundan sonra o, ana nənə-babasının himayəsində yaşayıb. Keçən ilin yayında isə ona ana əvəzi olmuş nənəsi vəfat edib və bu günlərdə qadının il mərasimi keçirilibmiş.

Yaxınları onu da bildiriblər ki, Orxanın sevdiyi qız olub və həmin qız bir neçə gün əvvəl doğum günü münasibəti ilə Orxana oyuncaq maşın bağışlayıb. Orxan da həmin hədiyyənin fotosunu profil fotosu edibmiş.

Xəbər lenti