ATV-də yayımlanan “Məryəm” serialının baş qəhrəmanı, gənc aktrisa Günəş Mehdizadə həyat yoldaşı ilə birgə avtomobil qəzasına düşüb.
Yenicag.az-a açıqlama verən aktrisa həyat yoldaşı və uşaqları ilə birgə Gürcüstana istirahətə gedərkən ölümlə üz-üzə qalıblar:
“İstirahətə yollanmışdıq, hər şey burnumuzdan gəldi. Batumi yolunda həyat yoldaşımın idarə etdiyi avtomobil donuzla toqquşdu. Hava çox pis idi, yağış yağırdı, aşırımda qəfildən yolumuza iri bir donuz çıxdı. Təşviş içində qışqırdıq, amma gec idi. Donuz üç dəfə fırlandı. Yaxşı ki, ölmədi, qalxıb qaçdı. Avtomobilin sol tərəfi əzildi. Bizi Allah saxladı, ölümdən döndük”.
Aktrisa maddi ziyana düşdüklərini deyib:
“Avtomobilin bir tərəfi yoxdur; təsəvvür edin ki, o boyda donuzla toqquşan maşın necə olar”.

1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub