Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən bildirir ki, Moskva-Antalya reysi ilə uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.
Təyyarə havada olarkən, həddən artıq sərxoş olan sərnişinlərdən biri ucadan bağırmağa və ətrafı yumruqlamağa başlayıb.
Yanında oturan sərnişinlər başqa oturacağa keçmək məcburiyyətində qalıblar.
Qarşısındakı yemək servisini və qarşı oturacağı yumruqlayan sərnişinin üst-başı tamam qana bulanıb.
Sərnişinlər və ekipaj üzvləri adama mane olmağa çalışsalar da bir müddət bu mümkün olmayıb.
Sərnişinlərin təyyarədən çəkdikləri foto və videolar qısa zamanda internetdə sürətlə yayılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub