Lənkəranın Vel kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, “VAZ-2104” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
Nəticədə 1989-cu il təvəllüdlü Nəcəfova Nargilə Tahir qızı, 2013-cü il təvəllüdlü oğlu Nəcəfov Ələddin Əlizamin oğlu və uşağın nənəsi, 1957-ci il təvəllüdlü İsmayılova İmmi Heybət qızı xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Nəvə və nənənin vəziyyəti ağırdır. Yaralıların hamısı Bərdə rayon sakinləridirlər.
Avtomobildə ümumilikdə 5 nəfər olub. Onlar Bərdədən Lənkərana istirahət mərkəzinə gedərkən qəza baş verib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub