Dünən axşam saatlarında Qusar rayonunun Xurel kəndində törədilmiş dəhşətli qətl hadisəsinin səbəbi üzə çıxıb.
Mynews.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, kənddəki toy məclisində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlunun həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu 20 manata görə öldürdüyü üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, Ramik Ağabəyovla İlqar Ulubəyov qohumdur və onlar dünən həmkəndlilərinin toy məclisində bir masa arxasında oturaraq yeyib-içiblər. Birgə spirtli içki qəbul edən qohumlar daha sonra mübahisə etməyə başlayıblar. Səbəb isə İlqarın Ramikə verdiyi 20 manatı istəməsi olub.
R.Ağabəyov qohumunun ona verdiyi borc pulu istəməsinə əsəbiləşib və onunla dava edib. O, masanın üstündəki şüşə butulkanı dəmir dirəyə vuraraq sındırıb və qırılmış butulka ilə İlqarın üzərinə hücum edib. Ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, Ramik Ağabəyov butulka şüşəsi ilə İlqarın boğazını kəsib. Şah damarı kəsilən və çoxlu qan itirən İlqar Ulubəyov xəstəxanaya aparılsa da, yolda keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub