Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqerAleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovunsədrliyi ilə keçirilən iclasda üç məcburi köçkün şahid qismində ifadə verib.
Məhkəmədə A. Lapşinin vəkili məqalələri araşdıran ekspert Almaz Bayramovanın məhkəməyə çağırılaraq, əlavə şahid qismində dindirilməsini istəyib. O, bunun səbəbini ekspertin rəyinin mənbəyinin aydın olmaması ilə əlaqələndirib.
Məhkəmə vəsatəti təmin edib.
Proses iyulun 11-də davam edəcək.
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub