“Dünya” televiziyasının efirində gündüz saatlarında milli-mənəvi dəyərlərə zidd məzmunlu mətnlə “Kişi ürəyi” adlı dərman vasitəsinin (18+) reklamı efirə verilir. Televiziya efirlərində reklamlarla bağlı məqamlar qanunla tənzimlənsə də, bəzi telekanalların buna əməl etmədiyi görünür.
Bu cür reklamların efirə verilməsinə münasibət bildirən Milli Televiziya və Radio Şurasının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bu istiqamətdə monitorinqlər apardıqlarını və zaman-zaman telekanallara bununla bağlı xəbərdarlıq etdiklərini dedi.

Publika.az-a danışan T.Dadaşov bunları söylədi: “Lakin “Dünya” TV-nin efirində “Kişi ürəyi” prostat dərmanı reklamında ciddi bir pozuntu yoxdur. Yəni mətn çox açıq-saçıq deyil. İzlədim reklam saat 22.50-də verilib. Ən əsas məqam isə mətn cinsi zəifliklə bağlı deyil, məzmin sadəcə ağrılarla əlaqədardır. Bu mənada bu reklamın efirə verilməsində ciddi bir problem yoxdur. Amma bu məsələni diqqətimizdə saxlayacağıq”.
T.Dadaşov son vaxtlar telenallarda dərman reklamlarında ciddi pozuntularla qarşılaşmadıqlarını dedi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub