Azərbaycanda narkotik vasitələr becərən şəxslər saxlanılıb.
Mynews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Abşeron RPİ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saray qəsəbə sakini Məzahir Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu, Şəki ŞRPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oxud kəndi ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əhmədiyə Salamov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu, Hacıqabul RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Səmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu, Kürdəmir RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şıxımlı kənd sakini, əvvəllər məhkum olunmuş Ziya Səmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 28 ədəd çətənə kolu və 430 qram marixuana aşkar edilərək götürülüb.
Hər bir faktla bağlı araşdırma aparılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub