Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığında baş verən hadisə ilə bağlı Quba rayon prokuroru Valeh Səmədov ərazidə olub.
Mynews.az xəbər verir ki, Quba Rayon Prolurorluğundan Report-a verilən məlumata görə, hazırda təcili-təxirəsalınmaz istintaq əməliyyatları aparılır: “Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qəzada yanaraq həlak olan hər iki şəxsin kimliyini müəyyənləşdirmək üçün polis və məhkəmə tibbi ekspertləri birgə iş aparır. Ən yaxın zamanda qəzanın əsl səbəbləri və ölən şəxsləri kimliyi bəlli olacaq”.
13:57
Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, rayonun Hacı Hüseynli kəndində “VAZ-2106” markalı avtomobil yanıb. Nəticədə avtomobildə olan iki nəfər yanaraq ölüb.
Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub