Sumqayıt şəhərində qətl törədilib.
Mynews.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Corat qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənova Xəyalə Kamil qızı çoxsaylı bıçaq xəsarətləri ilə Təcili Yardım Xəstəxanasına çatdırılıb.
Bildirilir ki, o, yaşadığı evdə bıçaqlanıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olub. O, X.Həsənovanı 17 bıçaq zərbəsi ilə öldürüb.
Artıq hadisəni törətmiş şəxs saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub