Nəsimi Rayon Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində iyunun 15-də və iyunun 28-də əcnəbi vətəndaşın cibindən 180 dollar, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 dollar pul oğurlamaqda şüphəli bilinən Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub.
ARB TV xəbər verir ki, ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantasından pul, mobil telefon və sənət oğurlaması da müəyyən edilib.
Saxlanılan Gülnarə Novruzovanın ətrafında Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsinin və Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin əməkdaşları tərəfindən əlavə tədbirlər aparılıb.
Onun mayın 4-də, 19-da və 24-də, paytaxt sakinləri olan 3 qadının çantasından 300 manat pul, 200 avro və 200 dollar, içərisində 1000 manat olan pulqabı, habelə sənət oğurlaması da müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, əməliyyat axtarış tədbirləri davam etdirilir. Polis əməkdaşları oğurluq etməkdə şüphəli bilinən Gülnarə Novruzovanın digər anoloji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə DİN-nin 102 zəng xidmət mərkəzinə və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Saxlanılan Gülnarə Novruzova gözəlliyi ilə də diqqət çəkib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub