81 yaşlı Quran müəllimi azyaşlı qızlara seksual təcavüzdə ittiham edilərək 13 il müddətinə həbs olunub

637
81 yaşlı Quran müəllimi azyaşlı qızlara seksual təcavüzdə ittiham edilərək 13 il müddətinə həbs olunub

81 yaşlı Quran müəllimi azyaşlı qızlara seksual təcavüzdə ittiham edilərək 13 il müddətinə həbs olunub.

Mynews.az BBC-yə istinadən bildirir ki, Məhəmməd Hacı Sadiq 30 il Kardifin Mədinə məscidində 30 il Quran dərsləri deyib və dörd qızı cəza forması olaraq cinsi təcavüzə məruz qoyub.

O, 13 yaşlı qıza toxunaraq səkkiz dəfə təcavüz etməkdə və altı digər əxlaqsız təcavüz halında təsqirli bilinib.

Məhkəmədə Sadiq "öz vəzifəsindən sui-istifadə etməkdə" ittiham olunub.

O, 5-11 yaşlarında dörd qıza təcavüz etməsi barədə ittihamları rədd edib və məscidin içərisində "siyasi" oyunların oynandığını deyib.

Ancaq ona cəza kəsən hakim Stephen Hopkins Sadiqə deyib: "Uşaqlar sənə hörmət əlaməti olaraq dayı deyirdi. Mənim fikrimcə, isə sən nadürüst kişisən".

Məsciddə yarımştatlı imam kimi çalışan Sadiq yaşı 13-dən az olan iki qıza toxunaraq təcavüz edib və iki digər qızı 1996-cı ildən 2006-cı ilədək 10 il ərzində cinsi təcavüzə məruz qoyub. O, bunları məsciddə edib.

Qızlar Quran oxuyarkən səhv etdikləri zaman imam onlara təcavüz edib. Bundan başqa cəza növü olaraq çubuqdan onların əllərini vurmaq üçün istifadə edib.

Qurbanlardan bəziləri deyib ki, imamın təcavüzləri ucbatından məscidə getməyə qorxublar.

Bir qız isə sui-qəsdə cəhd etdiyini deyib.

Qurbanlardan biri deyib ki, ailəsinin namusunu qorumaq üçün məsciddə baş verənlər haqqında danışmağa öncə utanıb, amma anasına deyəndən sonra polisə gediblər.
"Bizim ailəmizdə namus çox mühümdür, amma mənim ailəm bu məsələdə mənə çox dəstək oldu".

Uelsin Müsəlman Şurasının sözçüsü deyib: "Biz, artıq gənc qadın olan həmin qızların ədalət üçün göstərdiyi cəsarət və mərdliyiini alqışlayırıq".

Xəbər lenti