Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizirlərimiz Ülfət Həsənovla Natiq Mehdiyev avtomobil qəzasına düşüb.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə Ermənistan ordusu tərəfindən Füzulinin Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhra və onun nənəsi Sahibənin 3 mərasimindən qayıdan zaman baş verib.
Məlumatı saytımıza açıqlamasında Natiq Mehdiyev də təsdiqləyib:
“Zəhra balamızın 3 mərasimindən qayıdırdıq. Maşında elə ikimiz idik. Qobustanda qəflətən qarşımıza avtomobil çıxdı, Ülfət də nəzarəti itirdi. Şükür, elə ciddi bir xəsarət almamışıq. Mənim bir az sol ayağım, Ülfətin də güllə dəydiyi qolu ağrıyır”.
Xatırladaq ki, hər iki hərbçi 2015-cı ildə xüsusi hərbi tapşırığı yerinə yetirərəkən böyük qəhrəmanlıq göstərərək, düşmənə ağır zərbə vurublar. Onlar həmin döyüş əməliyyatları zamanı müxtəlif dərəcəli xəsarətlər alıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub