Qeyri-təbii yolla münasibətdə oldu, videoya çəkdi... Salyanlıdan nişanlısına qarşı İYRƏNCLİK

1387
Qeyri-təbii yolla münasibətdə oldu, videoya çəkdi... Salyanlıdan nişanlısına qarşı İYRƏNCLİK

Sevgilisi ilə cinsi əlaqədə olmaqda, ondan şantaj yolu ilə pul tələb etməkdə təqsirli bilinən Salyan rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olan Vüqar Əliyev paytaxtda 1997-ci il təvəllüdlü Vəfa Nəsirova (ad və soyad şərti verilib – red.) ilə nişanlanıb.

Nişanlısını şantaj etdi

Vüqar Əliyev Vəfanın nişanlı münasibətindəki asılılığından istifadə edib. O, Vəfa ilə könüllü şəkildə qeyri-təbii yolla cinsi əlaqədə olub və bu zaman həmin hərəkətlərini videoya çəkib.

Vüqar Əliyev sonra qeydə aldığı videogörüntüləri yayacağı ilə nişanlısını hədələyib. O, bu hədə ilə 2012-ci ilin noyabr-dekabr aylarında yaşadığı Nəsimi rayonundakı evdə bir neçə dəfə Vəfa Nəsirova ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Cinsi əlaqədə oldu və fotoları yaydı

O, Vəfa Nəsirovanın özündən asılı vəziyyətə salmaqla, növbəti dəfə qeyri-təbii yolla cinsi əlaqəyə girib və onu seksual xarakterli hərəkətlərə məcbur edib.

Bundan başqa, Vüqar Əliyev nişanlısına qarşı etdiyi seksual xarakterli hərəkələri olan video çəkilişi Vatsap mesencer proqram təminatının profilində paylaşıb. O, həmçinin həmin sosial proqramda nişanlısının lüt və seksual xarakterli fotolarını da yayıb.

Anasını söyən qonşusuna amansız oldu

Vüqar Əliyev 2015-ci ilin mayın 3-də, saat 16.00-da yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 21 saylı binanın qarşısında qonşusu İlqar İsmayılovun avtomobilinin onlara məxsus qarajın qarşısında saxlamasını və anasını söyməsini görüb.

Bu zaman Vüqar Əliyev aralarında yaranmış mübahisə zamanı İlqar İsmayılovu əlləri və təpiklərilə bədəninin müxtəlif nahiyələrindən vurub. Ona çoxsaylı bədən xəsarətləri yetirib.

Üç maddəli cinayət işi

Bu əməlləri ilə Vüqar Əliyev Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham edilib.

Vüqar Əliyevin barəsində başlanan cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elman İsayevin sədrliyilə araşdırılıb.

2 il 6 ay cəza və narazı tərəflər

Məhkəmənin hökmü ilə Vüqar Əliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlə Vüqar Əliyev razılaşmayıb və onun vəkili apelyasiya şikayəti verib.
Vəkil şikayətində göstərib ki, birinci instansiya məhkəməsi işinin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına, şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş bir sıra hallara düzgün hüquqi qiymət verməyib: “Məhkəmə hesab edib ki, Vüqar Əliyevin qeyd olunan cinayət əməllərini törətməsi iş üzrə olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi və cinayət işinin hökmdə şərh olunan halları ilə tam sübuta yetirilir. Məhkəmənin hökmündə şəxsin cinayət törətməkdə təqsirli hesab edilməsinə və azadlıqdan məhrum edilməsinə dair gəldiyi hazırkı nəticə qanunsuz və əsassızdır. Ona görə ki, həmin ekspertiza rəyi, maddi sübut, zərərçəkmiş və şahidlərin ifadələrinin heç biri Vüqar Əliyevə aidiyyəti olan və onun belə cinayətlər törətməsinin yetərli, mötəbər sübutları deyil”.

Sinif yoldaşlığı, nişanlanmaq və isti münasibət...

Vəkilin qeydinə görə, Vüqar Əliyevin hərəkətlərindən zərər çəkdiyinə işarət edən Vəfa Nəsirova işin istintaqı və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı birmənalı şəkildə heç bir ifadə verməyib: “O, başına gələnlərlə bağlı birmənalı mövqe bildirməyib. Zərərçəkmiş şəxs məhkum olunan şəxsə münasibətdə ifadələrini və mövqeyini bir neçə dəfə dəyişib, bir-birinə zidd ifadələr verib. Əksər hallarda isə Vüqar Əliyevə qarşı sonradan yaranmış mənfi münasibətinin nəticəsi kimi ondan heyfini çıxmaq məqsədilə belə hərəkət etdiyini açıq şəkildə büruzə verib”.

Vəkil qeyd edib ki, Vüqar Əliyevin Vəfa Nəsirova ilə əvvəlki yaxın sinif yoldaşı kimi isti münasibətləri olub. O, sonradan Vüqar Əliyevə böhtan atıb. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Eyni zamanda prokurorluq və zərərçəkmiş də apelyasiya protesti və şikayəti veriblər. Onlarsa Vüqar Əliyevin cəzasının daha da ağırlaşdırılmasını istəyiblər.

Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Faiq Qasımovun sədrliyilə baş tutan prosesdə tərəflərin şikayəti araşdırılıb.

Hakim heyəti müdafiə tərəfinin şikayətini təmin etməyib. Prokurorluq və zərərçəkmişin şikayəti təmin edilib. Vüqar Əliyevin cəzası 3 il 6 aya qədər artırılıb.

Xəbər lenti