A..İsrafilov. Ötən gecə saat 12 radələrində Nərimanov rayonu ərazisində, "Gənclik" metro stansiyasının yaxınlığında 27 yaşlı Namiq İsmayılov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Mynews.az SalamNews.az-a istinadən xəbər verir ki, N.İsmayılov çoxsaylı bıçaq xəsarətləri ilə 1 nömrəli Şəhər Kliniki Səstəxanasına çatdırılıb. Əməliyyat olunan yaralının vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Nəzər Əsgərov faktı SalamNews-a təsdiqləyərək bildirib ki, bəzi kütləvi informasiya vasitələrində "Gənclik Mall" ticarət mərkəzindən çıxan şəxsin kütləvi dava nəticəsində bıçaqlanması barədə xəbərlər yayılıb. Lakin gecə saat 12-də həmin ticarət mərkəzi bağlı olub və ərazidə heç bir kütləvi dava qeydə alınmayıb. Sadəcə, iki şəxs arasında mübahisə yaranıb və biri o birisinə kəsici-deşici alətlə xəsarət yetirib. Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub