Ağdaşın Məşəd qəsəbəsində, qaraçılar yaşayan məhəllədə qohumlar arasında kütləvi dava baş verib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bir-biri ilə qohum olan qadınlar arasında baş verən davada müxtəlif dərəcəli bədən xəsarətləri alan 16 yaşlı Fidan Quliyeva, 39 yaşlı Ülkər Quliyeva , 53 yaşlı Şəhla Quliyeva ,36 yaşlı Rövşanə Süleymanova , 19 yaşlı Gülcan Süleymanova və 16 yaşlı İzzət Qasımov Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi xəstəxanada saxlanılıb, qalanları evə buraxılıb.
Ramilə Süleymanova deyir ki, qarşı tərəf qızını diləndirməyə məcbur edib. O dilənmədiyi üçün isə döyüblər.
Bu hadisədən sonra onlar qızın boşanmasını tələb ediblər. Məhkəmənin qərarı ilə bu günlərdə boşanan oğlan və qızın anaları arasında dava cehizlik əşyaların geri qaytarılması ilə bağlı olub. Mübahisəyə digər qadınlar da qoşulub və onlar bir-birlərinə daş, küt alət, yumruqla zərbələr endirməklə xəsarət yetirib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub