Qadın gilas ağacından yıxılaraq ölüb

1002
Qadın gilas ağacından yıxılaraq ölüb

Hadisə Xaçmazda baş verib

Bu gün  saat 12 radələrində Xaçmazın Müzəffəroba kəndində bədbəxt hadisə baş verib. İstipress-in şimal bürosu xəbər verir ki, kənd sakini, 50 yaşlı Fatimə İlahəddin qızı Novruzova həyətində təxminən, 12-25 metr hündürlüyü olan gilas ağacından meyvə yığarkən yıxılıb ölüb.

Hadisə yerinə rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin həkimləri gələndə qadın artıq keçinmiş olub. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisə yeri Xaçmaz prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub. Rayon prokurorluğu Fatimə Novruzovanın yıxılıb ölməsinin ehtiyatsızlıqdan, yoxsa qəsdən baş verməsi ehtimallarını araşdırır.

Bir övladı olan 50 yaşlı Fatimə Novruzova əslən Qusar rayonundandır.

Ümumiyyətlə, son vaxtlar ehtiyatsızlıqdan yıxılma hallarının respublikada çoxaldığı müşahidə olunur. Xatırladaq ki, bir neçə gün bundan əvvəl Ağcabədi rayonunda da qadının tut ağacından yıxılıb ölməsi haqda məlumatlar yayılmışdı.

İndi ölkədə meyvə -tərəvəz  mövsümünün ən qızğın vaxtıdır. Kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar, xüsusən qadınlar yığım zamanı son dərəcə ehtiyatlı olmalıdırlar. Xaçmazda bu gün baş verən hadisədə həyatını itirən 50 yaşlı qadın da məhz hündür ağacda ehtiyatsız hərəkət etməyinin qurbanı olub. Bunu hüquq -mühafizə orqanlarımızın, səhiyyə müəssisələrimizin nümayəndələri insanlara tövsiyə edir.

 

Xəbər lenti