USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

“Gənclik Mall”da kütləvi dava - Qan töküldü

16:38 10.02.2017
“Gənclik Mall”da kütləvi dava - Qan töküldü
16:38 10.02.2017
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.
 
Mynews.az-ın məlumatına görə,"Gənclik Mall" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağırdır.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Xəbər lenti