Anadangəlmə əlil olan Səbinə 15 il sonra ayağa qalxdı - VİDEO

585
Anadangəlmə əlil olan Səbinə 15 il sonra ayağa qalxdı - VİDEO

15 ildir yataq xəstəsi olan gənc qız əməliyyat nəticəsində ayağa qalxıb.

Mynews.az "Xəzər TV"yə istinadən xəbər verir ki, Şamaxı sakini Səbinə Müzəffərova andangəlmə əlil olaraq dünyaya göz açıb. Bir müddət əvvəl əməliyyat olunan Səbinə artıq ilk addımlarını atmağa başlayıb.

Səbinə bu yaşına qədər bir dəfə də olsun addım atmayıb. Nə yaşıdları ilə oynayıb, nə də məktəbə gedə bilib. Həkimlər Şamaxı sakininə "baldır sümüyünün yalançı oynağı" diaqnozu qoyub və əsla ayağa qalxmaycağını bildiriblər.

Uzun illər yataq rejimində həyatını davam etdirən Səbinənin son zamanlar ağrıları daha da artmağa başlayıb. Bu vəziyyət həm ananı, həm də qohum- əqrəbanı naümüd vəziyyətə salıb.

Xəstəxanları bir-bir gəzən Səbinənin dərdinə əlac tapılmır. Ona hətta sol ayağının diz nahiyyəsinə qədər amputasiyasınının vacibiliyi də xatırladılır. Nəhayət xeyirxah insanların köməyi ilə Səbinə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilir. Əməliyyat otağına girən həkim 8 saat sonra çıxır.

Təxminən 2 -3 ay sonra Səbinə əsa olmadan sərbəst şəkildə yeriyə biləcək. Həkim-travmatoloq Ağaşirin Əkbərov tövsiyə edir ki, belə xəstəliklərin müayinə və müalicəsi üçün vaxtında müraciət olunsun.

Səbinənin bu əməliyyatının uğurlu olması bu xəstəlikdən əziyyət çəkən digər xəstələri də sevindirib. 

Xəbər lenti