Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın “Həyat, sən nə qəribəsən” adlı serialda oynadığı obraz bəzi insanlar tərəfindən qınağa tuş gəlib.
Mynews.az Yenicag.az-a istinadla xəbər verir ki, aktrisaya küçədə yaşlı bir qadın hücum çəkərək, təhqir edib.
“Serialda oynadığım Ağca obrazına görə insanlar məni çox qınadı. Bir dəfə bacımla gedirdik, yaşlı qadın üstümə hücum çəkdi və başladı qışqırmağa ki, “Sən ifritəsən, səndən zəhləm gedir, həyatda da eləsən, oynadığın obrazdan geri qalmırsan”. O qədər dedim ki, “Ay xala, bu, roldur, reallıq deyil”. Gördüm qadın nə başa düşür, nə də əl çəkir. Axırda mən də əsəbiləşdim, dedim ki, “Bəli, eləyəm, lap ondan da betərəm”.
Səs-küyə ətrafdakı insanlar yığışdı, hamı qadını sakitləşdirməyə başladı. Mənə də dedilər ki, fikir vermə, yaşlı insandır. Əslində, bu, aktrisa kimi mənim uğurumdur, amma o demək deyil ki, insanlar küçədə üstümə qışqıra bilərlər.
Qeyd edim ki, xaraktercə xəbis, hiyləgər olan Ağca sevgisi uğrunda mübarizə aparan bir qızdır. Sevdiyi oğlan onun əmisi qızını sevir. Buna görə də Ağca hər cür hiyləgərliyə əl atır, amma məqsədinə nail ola bilmir”, - deyə o bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub