Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V. Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb.
Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib.
Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.
Məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunub. V. Ələkbərov sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin cinayət işi üzrə baş müstəntiq olub.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub