Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ailəsinə ağır itki üz verib.
Mynews.az xəbər verir ki, nazirin qayınatası Bünyad Sərdarov bu gün vəfat edib. Mərhumun elə bu gün də dəfn olunduğu bildirilir. B.Sərdarov uzun müddət elm sahəsinə çalışıb. 1944-cü il təvəllüdlü B.Sərdarov uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışıb. 1981-ci ildə 36 yaşında bu ali təhsil ocağına rektor təyin edilib.
Bünyad Sərdarov məhhur inqilabçı Bünyad Sərdarovun nəvəsidir.
E.Məmmədyarov hazırda Türkiyədə rəsmi səfərdə olduğundan dəfn mərasimində iştirak edə bilməyib.
Allah rəhmət eləsin.

(enter.news)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub