Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qolu sınan uşağın ölüm faktı üzrə Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırmalara başlanacaq.
Mynews.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin baş pediatrı, Uşaq və yeniyetmələrin sağlamlığının yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə Səhiyyə Nazirliyinin Komissiyasının sədri Nəsib Quliyev mövqe.az-a açıqlamasında deyib.
O bildirib ki, meyidin təşrihinin nəticələrindən sonra ölüm faktı üzrə Komissiyada araşdırmalara başlanılacaq: “Hazırda biz təşrihin nəticələrini gözləyirik. Ölən uşağın xəstəlik tarixçəsi, müvafiq sənədlər, eləcə də təşrihin nəticəsi barədə arayış bizə təqdim olunandan sonra Komissiya araşdırmalara başlayacaq”.
N. Quliyev onu da qeyd edib ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu əməliyyata başlamazdan öncə, ağrısızlaşdırma, anesteziya zamanı dünyasını dəyişib: “Hələki ölümün səbəbi dəqiq bilinmir. Anesteziya zamanı dərmanların yan təsiri də ola bilər. Məlum olan odur ki, aneteziya zamanı xəstənin ürəyi dayanıb”.
Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova hazırda faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işinin açıldığını bildirib.
11:49
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
Mynews.az-ın məlumatına görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib.
Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Əməliyyata qaldırılan 9 yaşlı Mehralıyev Seymur Qoşqar oğlunun ölüm səbəbi bəlli olub.
Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuruyev Nuru Oxu.Az-a açıqlamasında xəstənin anaflatik şokdan dünyasını dəyişdiyini bildirib:
“Xəstə əməliyyata girməzdən 20 dəqiqə əvvəl ona “narkoz” vurulub. Əməliyyata girmədən anaflatik şok vəziyyətinə düşüb. Həkimlər onu bu vəziyyətdən çıxarmaq üçün 10 dəqiqə çalışıblar. Lakin cəhdləri uğursuz alınıb”.
Hazırda ölümün baş vermə səbəbləri araşdırılır.