Xəbər verildiyi kimi, bu il aprelin əvvəlindən sökülməyi barədə məsələ gündəmə gəlmiş, Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidi iyunun 30-dan 1-ə keçən gecə söküldü.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, ilk günlər ibadətgahın sökülməsinə edilən cəhdlər məscid icması tərəfindən kəskin etirazla qarşılanmışdı. O zaman Prezident İlham Əliyev Hacı Cavad məscidi ilə bağlı problemin ciddi araşdırılmasına göstəriş verdi. Nəhayət, iyun ayında məscidin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində təməlinin qoyulmasına qərar verildi.
Bir çox dairələr əvvəlcədən möminlərlə məsləhətləşmədən məscidin sökülməsinə edilən cəhdlərin ölkədə İslam Həmrəyliyi ili elan edildiyi, İslam Həmrəyliyi oyunları keçiriləcəyi bir ərəfədə dövlət-din qarşıdurması yaratmaq istəyən xarici və daxili qüvvələrin təhriki ilə edildiyini hesab edirdi. Hətta Yasamal Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyevin bu günlərdə vəzifəsindənazad edilməsini də bu amillə əlaqələndirənlər də var.
İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün Moderator.az-a verdiyi məlumata görə, Hacı Cavad məscidinin sökülməsindən cəmi bir neçə gün sonra aprelin əvvəlindən bəri bu prosesdə fəal iştirak etmiş, Yasamal RİH başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri, məscidin yerləşdiyi ərazi üzrə 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əmədov səhər saatlarında iş otağında gözlənilmədən vəfat edib