“Proseslərin sonunda, verilən ifadələr əsasında istənilən hər bir şəxsə cinayət işi açıla bilər. Eyni zamanda, keçmiş nazir Eldar Mahmudov da bu siyahıda ola bilər”.
Mynews.az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik Arzu Nağıyev keçmiş nazir Eldar Mahmudov barəsində cinayət işi açılması haqda qərara münasibət bildirərkən deyib.
A. Nağıyev qeyd edib ki, məhkəmə və Baş Prokurorluq tərəfindən cinayət işinin açılması ilə bağlı vəsatət qaldırılıb: “Təbii ki, Baş Prokurorluğun öz qərarı ola bilər. Çünki əsas qərarı onlar verəcək. Eyni zamanda, burada siyasi motivlər ola bilər. Çünki Eldar Mahmudov nazir səviyyəsində vəzifə sahibi olub. MTN polkovniki Vüsal Ələkbərov haqqında qərardan sonra məhz belə bir vəsatət qaldırılıb.
Proseslər davam edir, bu, hələ son demək deyil. Həbs məsələsinə isə ancaq məhkəmənin gedişatından sonra qərar vermək olar. Kiminsə haqqında vəsatət qaldırmaq hələ onun həbs olunması demək deyil. Obyektiv və subyektiv səbəblər olandan sonra cinayət işi qaldırılır. Həbs üçün əsas qərarverici orqan məhkəmə olmalıdır.
İndi müəyyən epizodlar üzrə məhkəmə prosesi yekunlaşa bilər. Burada məhkəmə prosesi bir neçə şaxələnmiş hissədən ibarətdir. Belə ki, bir epizod yekunlaşır və digərləri haqqında proses davam edir”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
562 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
551 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
526 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
526 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
524 dəfə oxunub