Ərli qadının qazaxlı oğlanla Xırdalanda SEKS OYUNU əlaqədə oldu, videoya çəkdi...

5652
Ərli qadının qazaxlı oğlanla Xırdalanda SEKS OYUNU əlaqədə oldu, videoya çəkdi...

Xırdalanda cinsi əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1989-cu il təvəllüdlü Roland Abdıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Roland Abdıyev “Onlar.az” internet saytında Aysu Babayeva (ad və soyad şərti verilib – red.) tanış olub. O, Aysu ilə özünün kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AFF park” yaşayış kompleksinin yaxınlığında yerləşən fərdi evdə görüşüb.

Cinsi əlaqədə oldu, videoya çəkdi, şantaj etdi

Roland Abdıyev Aysu Babayeva ilə orada cinsi əlaqədə olub və cinsi əlaqədə olduğu həmin prosesi özünə məxsus mobil telefonun videokamerası vasitəsilə çəkib.

Videoçəkilişlə müşayiət olunan cinsi əlaqədən bir müddət sonra, yəni 2014-cü ilin noyabr ayında Roland Abdıyev Aysu Babayeva ilə mobil telefonda danışıb.

Bu zaman o, Aysu Babayevanı haqqında rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafık xarakterli həmin videogörüntüləri onun ərinə göndərəcəyi və sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, Aysudan 50 manat verməsini hədə-qorxu ilə tələb edib.

Ərli qadın görüşdüyü oğlana niyə pul verib?

Aysu Babayeva tələb olunan məbləğdə pulu Roland Abdıyevə verməyəcəyi halda, sonuncunun onunla cinsi münasibətdə olarkən çəkdiyi pornoqrafık xarakterli videogörüntünü həqiqətən onun ərinə göndərəcəyindən və sosial şəbəkələrdə yayacağından qorxub. O, həmin tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Sentralniy” adlanan yerdə Roland Abdıyevlə görüşüb və 50 manatı ona verib.

Növbəti şantaj

Bundan bir ay sonra o, Aysu Babayevanı yenidən şantaj etməyə başlayıb. Həmin ilin dekabrında Roland Abdıyev Aysu Babayevanı yenidən şantaj edib və 100 manat istəyib.

Bundan qorxuya düşən Aysu Babayeva əvvəlki görüşdüyü yerdə Roland Abdıyevlə yenidən görüşüb və tələb olunan 100 manatı ona verib.

Köhnə tanışlar bir ildən sonra rastlaşdılar

Roland Abdıyev bu pulu alandan sonra bir il Aysu Babayevanı şantaj etməyib. Buna səbəb isə onların rastlaşmaması olub. 2015-ci ilin noyabr ayının əvvəllərində Aysu Babayeva sosial şəbədələrdən birində yenidən Rolandla rastlaşıb.

Bir qədər danışadan sonra Roland Abdıyev həmin qadının Aysu Babayeva olduğunu bilib. O, Aysu Babayevanı aldadaraq görüşə çağırıb və bu zaman köhnə tanışalar yenidən üz-üzə gəliblər.

100 manatlıq şantaj

Bu zaman Roland Abdıyev bir il əvvəl onunla cinsi əlaqədə olduğunu həmin zaman video çəkiliş etdiyini, həmin çəkilişi özündə saxladığını deyib.

Roland Abdıyev qadından hədə-qorxu yolu ilə növbəti dəfə 100 manat verməsini tələb edib. Əks halda cinsi əlaqədə olduqları zaman çəkdiyi videonu ərinə göndərəcəyini, həmçinin sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Şikayət və əməliyyat

Roland Abdıyevin şantajlarından bezən Aysu Babayeva Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. O, baş verənlər barədə məlumat verib.

6 noyabr 2015-ci il tarixdə, saat 13 radələrində Aysu Babayevanın müraciəti əsasında həmin idarənin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilib. Əməliyyat zamanı Roland Abdıyev seriya və nömrələri əvvəlcədən protokollaşdırılmış A63782886 seriya və nömrəli bir ədəd 100 manatlıq pul əsginasını Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 51 ünvanda yerləşən “Çudo Peçka” şirniyyat evinin qarşısında Aysu Babayevadan alarkən yaxalanıb.

Ərli qadını şantaj edənə güzəşt edildi

Roland Abdıyev Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Roland Abdıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Roland Abdıyev apelyasiya şikayəti verib. O, şikayətində əməlinin Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsinin tövsüf edilməsini və barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəzasının şərti hesab edilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxsin şikayəti qismən təmin edilib və onun cəzası 5 ilə qədər endirilib.

Xəbər lenti