Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu yenidən həbs olunub.
Əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də yenidən saxlanılıb.
Belə ki, Rüstəm Orucov 10-OG-300 nömrəli, BMW markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub.
Bu zaman 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədov ona irad bildirib.
Mynews.az xəbər verir ki, Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün iradına cavab olaraq onu döyüb.
Xatırladaq ki, R.Orucov 2014-cü ildə piyadanı vuraraq hadisə yerindən qaçdığına görə 4 il azadlıqdan məhrum edilib.
Cəza müddətinin 1/3 hissəsini çəkdiyinə görə R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxıb.
İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə o, həbs olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub