Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Sərnişinlərin BAKU.WS-ə verdiyi məlumata görə, "İçərişəhər” stansiyasına gedən qatar metronun "Nəriman Nərimanov” stansiyasında dayansa da qapılar açılmayıb və qatar yenidən hərəkət etməyə başlayıb. Sərnişinlər "Gənclik” stansiyasında düşüb.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə faktı təsdiqləyib və bildirib ki, qatarın "Nəriman Nərimanov” stansiyasında qapıları açıb sərnişinləri düşürməməsinin səbəbi texniki nasazlıq deyil.
"Maşinist qatarı sözügedən stansiyada müəyyən edilmiş yerdə saxlamayıb. Qatarın birinci vaqonunun iki qapısı tuneldə qalıb. Qaydaya görə, maşinist belə vəziyyətdə qapıları açmamalıdı. Bu səbəbdən sərnişinlər növbəti stansiyada düşürülüb”, - deyə Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, maşinistin qatarı niyə müəyyən edilməmiş yerdə saxlamamasının səbəbi araşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub