Holllandiyanın Amsterdam şəhərindən İstanbula gələn ər-arvad və 2 uşaqdan ibarət olan S. ailəsi ilə Atatürk Hava limanında bir gömrük məmuru arasında "axtarış" mübahisəsi davayla nəticələnib.
Milli.az xəbər verir ki, S. ailəsi pasport idarəsindən keçdikdən sonra, hava limanından çıxmaq üçün gömrük məmurlarının olduğu sahəyə doğru hərəkət etməli olublar. Bu məqamda aldıqları qaçaqmalçılıq xəbərindən sonra gömrük işçiləri S. ailəsini dayandıraraq çamadanlarını axtarmaq istəyiblər. Gömrük məmuru İ.S. şəxsiyyətini təsdiq edən sənəti göstərərək ailənin onun arxasınca gəlmələrini istəyib.
Gömrük məmurunun israrlarına baxmayaraq, dayanmaq istəməyən ana Y. S. bu məqamda tarazlığını itirərək yıxılıb. Bundan sonra, ata M.Ş. ilə oğullarından Y. S. geri qayıdaraq gömrük məmuruna hücum ediblər. Hadisə yerinə gələn polis S. ailəsini nəzarətə alıb. Qaşından yaralanan və ailədən şikayətçi olan gömrük məmuru İ.S. təcili yardım ilə xəstəxanaya çatdırılıb. Atatürk Hava limanı Gömrük İdarəsinə aparılan S. ailəsi ifadələri alındıqdan sonra prokurorluğa aparılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub