Mynews.az-ın teleqraf.com-a istinadən verdiyi xəbərə görə, rayonun Ərkivan qəsəbəsindəki evə səhər saat 6.00-da pəncərədən maskalı naməlum şəxs girib.
O, bıçaqla ev sahibəsini hədələyərək pul verməsini tələb edib. Qadının səs-küy saldığını görən şəxs onu döyməyə başlayıb. Səsə gəlmiş ev sahibəsinin azyaşlı oğluna da rəhm etməyib, ona zərbə endirib, bıçaqla zədələyərək hadisə yerindən qaçıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində qəsəbə sakini Vurğun Rəhimov saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub