Azərbaycanlı model Leylanın ölümünün TƏFƏRRÜATI

759

Pioemboliya diaqnozundan dünyasının dəyişən model Leyla Oruclunun ölümünün təfərrüatı məlum olub.

Azərbaycanlı model Leylanın ölümünün TƏFƏRRÜATI

Mynews.az xəbər verir ki, modeli əməliyyat edən həkim Siruz Qoçxani Unikal.org-a açıq lamasında bildirib ki, Leyla başqa xəstəxanada analizlər vermişdi:

“Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi”.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, Leyla Oruclu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Ancaq Siruz Qoçaxaninin “Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı” açıqlamasına zidd olaraq Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Analizin cavablarından sonra Leyla Oruclunu əməliyyata almayıblar.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından əldə etdiyimiz məlumata görə, Leyla Oruclu kökəlmə və piylənməyə qarşı kompleksi olduğu üçün bunu görünüşünə zərbə hesab edərək, əməliyyat olunmağı üstün tutmuşdu. Əməliyyatın adı liposaksiya, yəni piysovurma əməliyyatıdır.

Həkim Siruz Qoçxaninin pasientin damarında piy tıxandığı üçün öldüyünü deməyinə gəldikdə isə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından bildirdilər ki, Leyla Oruclu məhz piyin çıxarılması üçün müraciət etmişdi. Başqa əməliyyat etdirmək üçün yox. Həkim Siruz Qoçxaninin pasientin damarında piy tıxandığı üçün öldüyünü deməsi özünü ifşadan başqa bir şey deyil.

Sayt qeyd edir ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Leyla Oruclunun əməliyyat olmamasının səbəbi pasientin yaşının az və piylənmənin çox cüzi olması olub.

Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani mətbuata açıqlamasında Leyla Oruclu pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdiyini bildirib.

Xəbər lenti