Videoda gördüyünüz ərazi 6 nömrəli avtobusların son dayanacağıdır. “BakuBus”a məxsus olan 6 nömrəli avtobusun sürücüləri təbii ehtiyaclarını burada dalana bənzər yerdə ödəyirlər. Buna görə də ərazini üfunət iyi götürüb. Eyni zamanda anti-sanitar vəziyyət yaranıb. Divar yaşayış evinin çöl kandarı olduğu üçün bu evdə yaşayan vətəndaş dəfələrlə sürücülərə ehtiyaclarını burada ödəməmələri ilə bağlı xəbərdarlıq etsə də, buna məhəl qoyan olmayıb.
“Bunların ayaqyolusu yoxdur. Sürücülər təbii ehtiyaclarını burada ödəyir. Artıq ağaclar da quruyub. Bura mənim evimin önüdür, yoldur. Uşaqlar məktəbə gedib-gəlir”, - şikyətçi şəxs videoda bu fikirləri səsləndirib.
Məsələ ilə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün şirkətin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyevlə əlaqə saxladıq. Piriyev Publika.az-a açıqlamasında videoda səslənən fikirlərin əsassız olduğunu deyib.:
“Bu video sadəcə iddiadır. “BakuBus”un bütün sürücülərinin məişət tələbatını ödəməsi üçün müəyyən yerlər təyin olunub. Hətta bəzi dayanacaqlarda ödənişli olsa belə, tualet üçün yer ayrılıb. Sürücülərimiz də yalnız bu yerlərdən istifadə edir. Ola bilsin oradan başqa vətəndaşlar ayaqyolu kimi istifadə edir. Onsuz da bizim avtobusun həm içində, həm çölündə kameralar var və iş şəraiti izlənilir. Odur ki, sürücü ən azından buna görə belə bir əməl törədə bilməz. Ümumiyyətlə, “BakuBus” sürücülərinin iş vaxtı avtobusu tərk etmək səlahiyyəti yoxdur. 6 nömrəli avtobusun da başlanğıc və son dayanacaqlarında - “Azadlıq” metrostansiyası və 20-ci sahə dairəsində tualet üçün nəzərdə tutulmuş yer var. İstənilən halda bizdə sürüclər avtobusdan enmək istəyirsə, mərkəzdən icazə almalıdır. Bir sözlə, əsassız iddiadır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub