Erməni terrorçuları tərəfindən qətlə yetirilən 18 aylıq Zəhra Quliyevanın məzarı üstünə qoyulan oyuncaq da sanki körpənin ağrısını hiss edir. Zəhra qəlpə yarası alarkən sol gözü dağılmışdı, məzarı üstündəki kukla da sanki bunu hiss edərək sol gözünü yumub.
Bu barədə tanınmış jurnalist Anar Nəcəfli Facebook səhifəsində yazıb.
Zəhranın məzarını ziyarət edən A.Nəcəfli sosial şəbəkədə bunu yazıb:
"Zəhra bala, gözünə dəyən o qumbaranın qəlpəsinin ağrısını sənin məzarın üstünə qoyulan kukla da elə bil hiss edərək bir gözünü yumub!... İnşallah o həyat eşqi ilə alışıb-yanan gözünə dəyərək onu birdəfəlik qapadan qəlpədən həmin qumbaranı atanların ürəklərinə dəyərək parça-parça edər. Necə ki, bizim ürəklərimizi parça-parça etdi sənin vaxtsız ölümün.. Əslində sən ölməmisən, sadəcə şirin yuxuya dalmısan! Yuxun şirin olsun, Zəhra balamız!!!”

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub