Daşkəsəndə 22 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.
Mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Əhmədli kəndində baş verib.
Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Günel Həsən qızı Abbasova keçmiş qayınatasıgilə gedib. Orada bilinməyən səbəbdən bir müddət əvvəl boşanmış olduğu, Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elxan Rauf oğlu Əliyevlə mübahisə edib. Bu zaman qadın qarın nahiyəsindən bıçaqlanıb.
Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin stabil olduğu bildirilib. Polis tərəfindən saxlanılan keçmiş ər isə ifadəsində hadisəni törətmədiyini, qadının özünə bıçaqla xəsarət yetirdiyini bildirib.
Saxlanılan şəxs qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib: “Mən o qadınla yenicə boşanmışam. Onun ayağı sürüşkəndir, ona görə boşanmışam. Dünən də mənim Gəncədən kəndə gəldiyimi bilib gəlmişdi bizə. Mübahisə yarandı və özü mətbəx bıçağını götürüb özünü vurdu. Mənə şər atır, mən onu vurmamışam”.
Daşkəsən rayon Polis Şöbəsindən bildirilib ki, qadın ilkin ifadəsində keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirsə də, hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub