Mynews.az-ın məlumatına görə, Report Rusiya KİV-inə istinadən xəbər verir ki, İvanovo vilayətinin sakini, 1991-ci il təvəllüdlü azərbaycanlı qadın köməksiz vəziyyətdə olan uşağın qətli maddəsi ilə cinayət törətməkdə ittiham olunur.
İstintaq məlumatlarına görə, qadın 2016-cı il sentyabrın 2-də uşağın çoxmənzilli yaşayış binasının qabağında nəzarətsiz qalmasını gözləyərək, onu uşaq arabasından oğurlayıb.
Xarinka çayında axtarışlar nəticəsində qız uşağının cəsədi tapılıb.
İstintaq hesab edir ki, qadının uşağı oğurlaması və öldürməsinə səbəb onun ərindən bu uşağı dünyaya gətirən qadını qısqanması olub.
Müttəhim uzun müddət cinayəti törətdiyini etiraf etməyib. Yalnız sübutların açıq-aydın olduğunu gördükdən sonra təqsirini boynuna alıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub