Mynews.az ARB 24-ə istinadən xəbər xəbər verir ki, Sumqayıt şəhəri 2 nömrəli Doğum Evində Gülsüm Əliyeva üçüncü övladını dünyaya gətirib.
Qız uşağı 3 kiloqram iki yüz qram çəki ilə doğulub. Doğuşdan sonra xəstədə qanaxma başlayıb. Gənc ana qanaxmadan dünyasını dəyişib.
Gülsüm Əliyevanın yaxınları xəstəxananın Ginekologiya şöbəsinin şüşələrini sındırıblar.
Şikayət əsasında qadının meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bu, son 3 ayda Sumqayıtda doğuş zamanı baş verən ikinci ana ölümüdür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub