Bunları sizə digər ailələrin də başına belə faciə gəlməsin deyə danışıram
21 yaşlı ana övladını və sevgilisini itirdikdən sonra əzaba dözməyərək özünə qəsd edib.
Mynews.az-ın məlumatına görö, Milli.Az "Mirror"a istinadla bildirir ki, 21 yaşlı Kirsti Farbroze övladını və sevgilisini itirdikdən aylar sonra intihar edib.
Onun intiharından sonra otağından tapılan dəftərlərdən məlum olub ki, qız özünü öldürməyi uzun müddətdir ki, planlayıb. O, hətta ölümündən bir gün öncə sevgilisinin qəbir üstünə də gedib.
Bütün bu məlumatları onun anası "Mirror"a danışarkən deyib. O bildirib ki, əvvəlcə nəvəsini, sonra kürəkənini və qızını itirib.
Kristinin uşağı 2012-ci ildə doğulub və vaxtından erkən doğulduğuna görə bir neçə ay sonra vəfat edib.
Bu hadisədən sonra Kristi və sevgilisi ayrılıblar. Lakin onlar uzun müddət ayrı qala bilməyiblər və barışıblar. Amma ötən il oğlan özünə qəsd edib.
Kristinin anası bildirib ki, Kristi övladı ilə olan son bağını itirdikdən, yəni sevgilisinin özünə qəsdindən sonra tamamilə özünə qapanıb:
"O, günün çox hissəsini otağında keçirərək dəftərinə nələrsə yazırdı. Onunla maraqlana bilmədiyim üçün özümü günahkar hiss edirəm. Onun həyatla mübarizə apardığını hiss edirdim, amma intihar həddinə çatacağını düşünməmişdim. O, intihar etməklə övladına və sevgilisinə qovuşmaq istəyib. İntihar etməzdən bir gün əvvəl əhvalı yaxşı idi. Televizora baxırdı, deyib-gülürdü.
Səhəri gün itimiz qəribə formada hürməyə başladı. Qızımın otağına doğru getdim. Onun hərəkətsiz bədənini görəndə şoka düşdüm. Yaxınlaşanda gördüm ki, nəbzi vurmur.
Qonaq otağında masanın üzərində qeyd tapdım. Vərəqdə necə dəfn olunması ilə bağlı detalları yazmışdı.
Bir neçə gün sonra Kristinin dəftərini tapdım. Burada onun sevgilisi və övladı üçün necə darıxdığı, keçirdiyi hisslər qeyd olunmuşdu.
Qızım 17 yaşında hamilə qalıb və ana olacağına görə çox sevincli idi. Lakin hər şey onun hamilə qalması ilə başladı.
Bunları sizə digər ailələrin də başına belə faciə gəlməsin deyə danışıram. Övladlarınızla maraqlanın. Onlardan sevginizi əksik etməyin".