Mynews.az Report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Abdulrəhmanov Nail Natiq oğlu Xanlar küçəsində 4 nəfər tanışı ilə əlbəyaxa dava edib.
Nəticədə N.Abdulrəhmanov ürək nahiyəsindən 4 bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Səbail RPİ-dən verilən məlumata görə, ilkin olaraq 1 nəfər şübhəli şəxs (hələlik adı açıqlanmır) kimi saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, öldürülən şəxs ailənin tək övladı olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub