Bakıda yaşayış binasında baş verən yanğında bir ailənin 4 üzvü tüstüdən zəhərlənib
APA-nın məlumatına görə, tüstüdən zəhərlənənlər - 1976-cı il təvəllüdlü Nərmin Məmmədova, onun qızı 2009-cu il təvəllüdlü Leyla Məmmədova, qohumları - 1984-cü il təvəllüdlü Səidə Nurəliyeva və 1987-ci il təvəllüdlü Günel Tahirova xəstəxanaya yerləşdiriliblər.
Onlardan S. Nurəliyeva və G. Tahirova evə buraxılıb.
Ana və qızının vəziyyəti isə orta-ağırdır.
***
09:01
Yasamal rayonunda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən BakiPost.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb, 2 otaq 22 m2 sahədə qarsalanıb.
4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
562 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
535 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
511 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
507 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
498 dəfə oxunub