Mynews.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 21011” markalı avtomobillə Bərdə Rayon Polis İdarəsinə məxsus “Fiat” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində “VAZ 21011” markalı avtomobilin sürücüsü və sərnişin ağır xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına aparılıb. Polis əməkdaşlarından isə xəsarət alan olmayıb.
Hadisəyə səbəb “VAZ 21011” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub. O, idarəetməni itirərək qarşıda gedən polis avtomobilinə çırpılıb. Bundan sonra avtomobil yolun kənarındakı hasara dəyib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub