Bakıda yol polisinin saxladığı sürücü müqavimət göstərib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, gecə saat 01:30 radələrində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 dövlət nömrə nişanlı xidməti “BMW” “VAZ 21011” markalı, 01 BR 911 nömrəli avtomobili saxlayıb.
Məlum olub ki, həmin avtomobili idarə edən Fərid Şükürov sərxoş vəziyyətdədir. Polis əməkdaşları sürücünü müayinədən keçməyə dəvət edib. Bu zaman F.Şükürov etiraz edib və yol polisi əməkdaşları ilə dalaşmağa başlayıb. Polisin tələbinə tabe olmayan sürücü müqavimət göstərib və daha sonra avtomobilindən balta götürərək yol polisinin “BMW”-sinə zərbələr endirib.
Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları gəlib və müqavimət göstərən şəxs saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub