Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb.
Mynews.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində “Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında qeydə alınıb.
Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü reyslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev unikal.org-a bildirib ki, hadisə bu gün saat 15:50 radələrində baş verib: “1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü reyslərin üzərinə altıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və hadisə nəticəsində vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub