İyulun 13-də Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alaraq 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Qəhrəmanova Aqilə Canhəsən qızı həkimlərin səylərinə baxmayaraq, iyulun 17-də reanimasiya şöbəsində dünyasını dəyişib.
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Hərəkətdə olan “Kamaz” markalı qoşqulu yük maşınının sürücüsü sükan arxasında yuxulayaraq öndə gedən digər “Kamaz”a, ən sonda gələn “Mercedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına çırpılıb. Nəqliyyat vasitəsində sürücü ilə birgə ümumilikdə 9 nəfər olub. Onlardan 3-ü hadisə yerində ölüb. Daha bir nəfər sonradan xəstəxanada keçinib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub