Bakının Nizami rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Camal İsmayılov adlı şəxs idarə etdiyi “Hyundai” markalı avtomobillə Qara Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində Qəniyev Qəribə məxsus “Naz Lifan”a çırpılıb.
Nəticə “Hyundai”ın sürücüsü C.İsmayılov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
İlkin araşdırma nəticəsində məlum olub ki, “Hyundai” markalı avtomobilin sürücüsü prospektə daxil olarkən yol nişanı tələblərini pozub.
Araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub