Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Nurməmmədov Vasif Şirməmməd oğlunun 22 yaşlıƏbdülməmmədov Xalid Hacıməmməd oğlu tərəfindən qətlə yetirilməsi üzə çıxıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X.Əbdülməmmədov tutulub.
Araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən Vasif Nurməmmədov ailəli, 3 uşaq atasıdır. O, əslən Sabirabad rayonundandır.
Hadisəni törədən 22 yaşlı Xalid Əbdülməmmədov bildirib ki, qətli qısqanclıq zəminində törədib. Məlum olub ki, bir müddət əvvəl Vasif Sabirabadda toyda iştirak edəndən sonra Xalidin qardaşının həyat yoldaşının da olduğu avtomobillə Bakıya gəlib. Yolda Vasif Xalidin qardaşı arvadı ilə münasibət qurmağa, onunla söhbət etməyə, tanış olmağa çalışıb. Bu məsələ Xalidin qulağına çatan kimi o, Vasifi öldürmək qərarına gəlib və Bülbüləyə gələrək onun evini tapıb. Vasif qapının qarşısına çıxan kimi 22 yaşlı gənc onu bıçaqlayaraq qaçıb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub